2022-2023-cü il üçün Eyfel təqaüdünün qalibləri arasında 3 azərbaycanlı tələbə

29 mart 2022
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

 

Fransanın Azərbaycandakı səfirliyi 2022-2023-cü il üçün Eyfel Mükəmməllik Təqaüdünün qalibi olmuş üç azərbaycanlı tələbəni təbrik edir. Bu təqaüd onlara Fransada bir il ərzində ən yaxşı şəraitdə təhsil almağa imkan verəcək.

Hər üçü magistratura səviyyəsində olan bu tələbələr sentyabr ayından yüksək keyfiyyətli tədris müəssisələri və təlimlərə inteqrasiya edəcəklər. Qaliblərdən biri Tuluza I Kapitol Universitetində, digəri isə Paris I Panteon Sorbon Universitetində iqtisadiyyat və menecment üzrə magistratura pilləsində təhsil alacaq. Üçüncü tələbə isə Ekoloji keçid mövzusunda təlim kursunu izləmək üçün Mines Paris Tech məktəbinə qoşulacaq. Onlar öz təhsillərinin mükəmməlliyi, təcrübələri və akademik, şəxsi və peşəkar layihələri əsasında seçilib.

Eyfel təqaüd proqramı Avropa və Xarici İşlər Nazirliyinə məxsusdur və Fransa ali təhsil müəssisələrinə ən yaxşı əcnəbi tələbələri magistratura və doktorantura səviyyələrinə qəbul etməyə imkan verir.

2021-2022-ci təhsil ilində, daha 3 azərbaycanlı tələbə də bu nüfuzlu təqaüdün sahibi olub.




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in