Campus France Azərbaycan 13 mart 2022-ci il tarixində Begin təhsil yarmarkasında azərbaycanlı tələbələrlə görüşdü.

29 mart 2022
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

 

Campus France stendini ziyarət edənlər və onun təqdimatını dinləyənlər, Fransanın ali təhsil müəssisələrinə qəbul şərtləri ilə yanaşı, fransız təhsilinin keyfiyyəti və hətta Azərbaycan tələbələri üçün əlçatan olan təqaüdlərlə bağlı müxtəlif suallara cavab aldılar. Tələbələrin Fransada təhsilə marağı, həmçinin Fransada təhsil ödənişləri, ingilis dilində tədrisin davam etdirilməsi imkanları, Campus France və onun Azərbaycandakı mərkəzinin rolu ilə bağlı suallarla da ifadə olunub. Fransız mədəniyyətinin zənginliyi və ya Fransanın və fransız dilinin dünyadakı yeri tələbələrin digər əsas motivasiyaları arasında idi.

Fransadakı təhsil planlarında, eləcə də qəbul prosedurlarında onlara köməklik etmək üçün Campus France komandasının mövcudluğu vurğulanıb. Campus France Azərbaycan mərkəzi ilə əlaqə saxlayın və onun fəaliyyətini və elanlarını sosial şəbəkələrdən izləyin (@campusfranceazerbaidjan ; @campusfrancebakou). Ən əsası Campus France saytına daxil olun : https://www.campusfrance.org/fr

 




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in