Robert Bressonun “ Baltazar ” filminin nümayişi ilə “100% Klassika, Fransız kinosunun dadı” silsiləsinin açılışı

14 iyun 2022
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

Çərşənbə axşamı, iyunun 7-də “Azərbaycan” kinoteatrında Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birgə təşkil etdiyi “100% klassika, fransız kinosunun dadı” silsiləsinin açılışı olub.

Gecəni giriş sözü ilə Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qross, Azərbaycan Kinematoqrafçılar İttifaqının baş katibi Əli İsa Cabarov və “Azərbaycan” kinoteatrının icraçı direktoru cənab Zaur Darabzadə açıblar.

Tsikl Robert Bressonun “Baltazar” filminin nümayişi ilə başladı. Filmin nümayişində çoxlu tamaşaçı iştirak etmişdir və filmin sonunda fransız kinosu üzrə mütəxəssis, rejissor Murad Abıyev və Aygün Aslanlının moderatorluğu ilə tamaşaçılar öz təəssüratlarını bölüşə biliblər.

Mədəni işlər üzrə attaşe İnqrid Ponsi bu tədbiri təqdim etmək üçün iyunun 10-da Mədəniyyət TV-nin səhər şousunun qonağı oldu. Videoya burden baxa bilərsiniz: https://www.youtube.com/watch?v=ZkUjvOQ-Ifk

Növbəti seans iyunun 14-də, saat 19:00-da Jean Viqonun “Atalant” filminin nümayişi ilə baş tutacaq.

Kinematoqrafçılar İttifaqı bu münasibətlə qısa müsahibə hazırlayıb: https://www.facebook.com/kinoittifaq/videos/964596607545439

 

1

2

3

4

5

6

7

8

9

10




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in