Campus France Azərbaycan A2 və Begin sərgilərində

06 noyabr 2023
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times



Fransada təhsil almaq üçün sənəd qəbulu prosedurunun açıq olduğu bu vaxtda (15 yanvar tarixinə qədər müraciət edin, https://www.ifa.az/az/node/1210) Campus France Azərbaycan komandası Fransada təhsili tələbə sərgilərində təbliğ edir.
Son günlər Bakıda keçirilən Begin və A2 Beynəlxalq Təhsil Sərgilərində Fransada təhsil almaq istəyən yüzlərlə tələbə ilə tanış olduq. Fransız ali təhsil müəssisələri ingilis və ya fransız dillərində tədris olunan dərslər, münasib təhsil ödənişləri və çoxsaylı təqaüd imkanları ilə beynəlxalq səviyyədə tanınan diplomlar üzrə yüksək keyfiyyətli təhsil təklif edir. Ətraflı məlumat üçün Campus France saytına daxil olun: https://www.campusfrance.org/en 

Bu iki sərgini qaçıranlarınız üçün 18 və 19 noyabr tarixlərində Hilton otelində təşkil olunacaq Avropada Təhsil sərgisinə və ya elə indi Azərbaycan Fransız İnstitutuna gəlin!

 

 




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in