
Etudes en France - 2025-ci tədris ili üçün Fransa ali təhsil müəssisələrinə müraciət prosedurunun açılması – 2024-cü il oktyabrın 1-dən: müraciətinizi onlayn təqdim edin
2025-2026-cı illər üçün Fransada universitet qeydiyyatı üçün Azərbaycanda yaşayan azərbaycanlı tələbələrin bütün müraciətləri yalnız “Etudes en France” elektron platforması vasitəsilə həyata keçirilir: https://pastel.diplomatie.gouv.
magazine.published_by
Clémence PHELIPPEAUCL
news.view_times
Etudes en France platforması vasitəsilə müraciət proseduru bakalavr pilləsinin 1-ci kursu namizədləri üçün oktyabrın 1-dən dekabrın 15-dək və bütün digər pillələr üçün (2/3 kurs bakalavr, 1/2 kurs magistratura və s.) 15 yanvar 2025-ci il tarixinədək açıq olacaq. Gecikmədən hesab açın!
Onlayn qeydiyyatdan keçməyiniz və göstərilən son tarixdən ən azı bir ay əvvəl profilinizi doldurmağınız tövsiyə olunur.
Prosedur ödənişlidir (100 AZN/tələbə, viza rüsumu bura aid deyil).
Ətraflı məlumat üçün təlimata keçid edin və ya bizimlə birbaşa əlaqə saxlayın.
comment._comments
comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in