Fransanın Azərbaycandakı Səfirliyinin “Sağlam düşüncə gənclər təşkilatı” QHT-si ilə ətraf mühit sahəsində əməkdaşlığı

11 sentyabr 2020
magazine.published_by Maureen RAAB
news.view_times

Fransanın ölkəmizdəki səfiri cənab Zakari Qros§ mədəniyyət və əməkdaşlıq işləri üzrə müşavir cənab Jerom Kelin müşaiyəti ilə bazar ertəsi 7 sentyabr tarixində Sumqayıtda yerləşən “Sağlam düşüncə gənclər təşkilatı” QHT-nın nümayəndələri ilə görüşmüşdür. O, təşkilatın direktoru cənab Orxan Bayramov və beynəlxalq əlaqələr üzrə məsul şəxsi cənab Ramiz Əliyev tərəfindən qəbul edilmişdir.

Ətraf mühitin qorunması lehinə diplomatik fəaliyyətinin bir hissəsi olaraq, Fransa səfirliyi bu QHT-nin, sözügedən mövzuya aid, xüsusilə qlobal istiləşmə və biomüxtəlifliyin qorunmasına qarşı mübarizəyə həsr olunmuş fəaliyyətlərini dəstəkləyəcəkdir. Fransa səfirliyinin qrant dəstəyi ilə (3000 avro) Sumqayıtlı gənclər üçün üç növ fəaliyyət həyata keçiriləcəkdir: gənc məktəblilər tərəfindən komiks hazırlama dərnəkləri, gənclər üçün təbii mühitdə yay eko-düşərgələrin və yeniyetmələr tərəfindən həvəskar teatr tamaşasının təşkili. Bu fəaliyyətlər 2020-2021-ci il ərzində Fransa səfirliyi nümayəndələrinin iştirakı ilə həyata keçiriləcəkdir.




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in