"Lions Clubs de France" Beynəlxalq Frankofon Mərkəzləri ilə birgə əməkdaşlıq nəticəsində təşkil olunmuş  fransız dili müsabiqəsi

25 fevral 2020
magazine.published_by Maureen RAAB
news.view_times

"Lions Clubs de France" Beynəlxalq Frankofon Mərkəzləri ilə birgə əməkdaşlıq nəticəsində təşkil olunmuş fransız dili müsabiqəsi

Azərbaycanda Fransız İnstitutu 22 fevral 2020 tarixində "Lions Clubs de France" -ın Beynəlxalq Frankofon Mərkəzləri ilə birgə 18-25 yaş arası frankofonlar üçün fransız dili biliyinə dair müsabiqə keçirmişdir.
Müsabiqənin final mərhələsində 3 namizəd ilə müsahibə keçirilmiş onların fransız dilində danışıq bacarığı dəyərləndirilmişdir. Müsabiqənin qalibi azərbaycan-fransız Universitetinin tələbəsi xanım Məsumə Suleymanova "Lions Clubs de France"-ın Fransada Frankofon mərkəzlərin birində mədəni məqsədli bir aylıq səyahət qazanmışdır.
Fransa səfirliyinin mədəni işlər üzrə Müşaviri, Azərbaycanda Fransız İnstitutunun direktoru cənab Jerom Kelle qalibə uğurlar arzulamış, ona qalibiyyət şəhadətnaməsi təqdim etmişdir.


Keçənilki müsabiqənin qalibi Ramin Babayevin səyahətdən aldığı təəssüratlar ilə irəlidəki linkə daxil olub tanış ola bilərsiniz: http://www.ifa.az/fr/node/464

Beynəlxalq Frankofon Mərkəzləri barədə daha ətraflı məlumat üçün:


www.amicif.fr

 

imageimageimage




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in