Oxu Gecəsi - “Öyrənmək və anlamaq üçün oxumaq” konfransı - şənbə günü 18 yanvar 2020-ci il saat 15:00

23 yanvar 2020
magazine.published_by Maureen RAAB
news.view_times

Azərbaycanda Fransız İnstitutu şənbə günü 18 yanvar 2020- ci il tarixində ilk dəfə olaraq Oxu Gecəsi (Nuit de la Lecture) tədbirini təşkil etdi.

Yazıçı xanım Gülüş Ağaməmmədova İFA-nın kitabxanasında “Öyrənmək və anlamaq üçün oxu” mövzusunda hazırladığı çıxışını təqdim etdi və müəllifi olduğu, fransızca nəşr olunan “Ərəb tərcüməçisi” novellasını səsləndirdi.
Ardınca Strasburq Universitetinin doktorantı, dosent və fransız dili müəllimi Səbinə Mahmudova mütaliənin müsbət tərəflərindən, ədəbiyyat sahəsində qadın kişi bərabərliyindən və şəxsi təcrübəsini tədbirin iştirakçılarına təqdim etdi.
Konfransın sonunda iştirakçılar ilə sorğu sual keçirildi və qonaqlara kiçik ziyafət verildi.

 




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in