Onlayn mədəniyyət // Qısametrajlı filmlər

25 mart 2021
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

« Qısametrajlı Film Festivalı » çərçivəsində Azərbaycanda Fransız İnstitutu sizi qısametrajlı film seçimlərini onlayn kəşf etməyə dəvət edir. Gəlin  « Qısametrajlı Film Festivalı » proqramının sonuncu gününü fransızdilli kinosevərlər ilə birlikdə keçirin !

Tədbir, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi, eyni zamanda qısametrajlı film festivalının keçmiş təşkilatçısı və bu janrın böyük pərəstişkarı İnqrid Ponsi tərəfindən keçiriləcək. 

Tədbir çərşənbə axşamı, 30 mart saat 18.30-da başlayacaq 

Linki əldə etmək üçün e-mail vasitəsilə qeydiyyat mütləqdir : [email protected]


Proqram :

- Qısametrajlı film festivalının təqdimatı

- Fransız dilində qısametrajlı filmlərin onlayn nümayişi (ingiliscə altyazılar)

- Fransızca fikir mübadilələri və debatlar

Yayımlanacaq filmlərin siyahısını tezliklə açıqlayacağıq !

Bugündən etibarən isə aşağıdakı linkdən istifadə edərək bütün təkliflərə baxa bilərsiniz : https://ifcinema.institutfrancais.com/fr/streaming/feteducourt




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in