Avropa günü adlı onlayn konsert . « Velosiped »

07 may 2021
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

9 May Avropa Günü münasibətilə Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyəti şənbə günü 8 may tarixində axşam saat 20:00-dan etibarən facebook səhifələrində Avropa Birliyinin 7 ölkəsinin səfirlikləri tərəfindən təklif olunan mahnı və musiqidən ibarət "Onlayn konsert" təqdim edəcəkdir.

Fransa, Almaniya, Bolqarıstan, Xorvatiya, Macarıstan, İtaliya və Latviya.

Fransa tərəfindən təklif olunmuş bu video « Velosiped » adlı bu məşhur bahar mahnısının gitarada musiqili ifasıdır. 1968-ci ildə İv Montan tərəfindən ifa olunmuş bu mahnının sözləri Pyer Baruya, musiqisi Fransis Laya aiddir.

Bu mahnı fransız musiqiçisi və sənətçisi Filiqan tərəfindən gitarada ifa olunub.

Mahnı sözləri Azərbaycan dilinə Qəmr Əfşanı tərəfindən tərcümə edilib.

Ümid edirik ki, bu musiqi və bu video bakılılarda velosipedlə bahar gəzintilərinin ləzzətlərini tək başına və ya dostları ilə dadmaq istəyi yaradacaq.




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in