ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq!

15 iyun 2021
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq!

 

2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir.

 

Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

 

Müsabiqədə iştirak üçün son müraciət tarixi: 15.07.2021

Əlavə məlumat üçün 

 

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival 5 gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

 




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in