"France Excellence" təqaüd proqramı açıq elan olunur !

10 mart 2023
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

 

"France Excellence" (əvvəlki adı ilə BGF) təhsil təqaüdü proqramı Fransada təhsil almaq istəyən azərbaycanlı tələbələrə 10 ay müddətinə verilir.

Təqaüdə layiq görülənlər aşağıdakı üstünlüklərdən yararlanacaqlar :

  • 860 € məbləğində aylıq təqaüd
  • 28 yaşdan aşağı olan tələbələr üçün sosial yardım
  • uzumüddətli tələbə vizası
  • CROUS yataqxanalarına daxil olmaq üçün köməklik

 

*Diqqət, təhsil haqqı qarşılanmır.

 

Şərtlər :

  • Milliyyətcə azərbaycanlı olmaq
  • Minimum bakalavr təhsil dərəcəsinə uyğun diploma sahib olmaq və ya əldə etmək prosesində olmaq
  • Təhsil alacağınız dildən asılı olaraq fransız və ya ingilis dili üzrə minimum B2 səviyyəni təsdiq edən sənədi təqdim etmək
  • Magistratura pilləsi üzrə təhsil proqramına sənəd göndərmək (magistraturanın 1-ci və ya 2-ci kursu)

 

 

Müraciət üçün tələb olunan sənədlər :

(alacağınız təhsil dilindən asılı olaraq fransız və ya ingiliscə)

 

  • Pasportun surəti
  • CV
  • Motivasiya məktubu
  • Fransa universitetinə daxil olana qədər aldığınız ən sonuncu diplomun və diplom əlavəsinin surətləri və notarial qaydada tərcümələri
  • Minimum B2 səviyyəsini təsdiq edən dil sertifikatı
  • Qəbul və ya ilkin qəbul məktubu (əgər alınıbsa)

 

 

Müraciət təqvimi :

  • Müraciətlərin açılması : 10 mart 2023-cü il
  • Müraciətlər üçün son tarix : 23 aprel 2023-cü il
  • Sənəd əsasında ilkin seçim və müsahibəyə çağırılma mərhələsi : 2023-cü il aprelin sonları
  • Son nəticələrin açıqlanması : 2023-cü il may ayı

 

Bütün sənədlərinizi PDF formatda aşağıdakı elektron ünvana göndərməyiniz xahiş olunur : [email protected]   




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in