UFC-nin (University Foundation Courses) fransızca danışan tələbələrilə görüş - 12 noyabr 2020-ci il

18 noyabr 2020
magazine.published_by Clémence PHELIPPEAUCL
news.view_times

Əməkdaşlıq və mədəniyyət Müşaviri və Campus France-ın Azərbaycan Bölməsinin (ECFA) komandası 2021-ci ilin sentyabr ayında Fransada bakalavrın 1-ci kursuna qəbul olmaq istəyən UFC-nin azərbaycanlı tələbələrinə DAP (ilkin qəbul tələbi) prosedurunu təqdim etdilər. 

Əməkdaşlıq və mədəniyyət müşaviri, Cənab Jerom Kel və Campus France-ın Azərbaycan Bölməsinin komandasının üzvləri Xanım Klemans Felipo və Mədinə Mollayeva, növbəti tədris ilindən Fransada təhsil almaq istəyən ona qədər tələbə ilə görüşüblər.

UFC 2014-cü ildə Xanım Reyhane Hüseynova tərəfindən yaradılıb. UFC, şagirdlərə və tələbələrə, Fransada ali təhsildən öncə intensiv bir dil təhsili proqramı və ilkin universitet metodik hazırlığı təklif edir.

Son universitet islahatları və Fransada təhsil ilə əlaqəli digər mövzulardan əlavə, təqaüdlərin birgə maliyyələşdirilməsi üçün müxtəlif imkanlar haqqında da məlumatlar verildi.




comment._comments

comment.you_must_be_logged_to_leave_comment comment.please_log_in